Mebel üçün ağac növləri hansılardır?
Mebel bizim həyatımızın hər yerində var. Ən uzunömürlü mebel, ağacdan düzəldilmiş mebel hesab edilir. Ağac ekoloji təmizdir, görüntüsü daha gözəldir və müalicəvi əhəmiyyəti var. Bu məqalədə mebel üçün ağac növləri barədə danışacayıq və mebel seçərkən nələrə diqqət edilməlidir qeyd edəcəyik.
Cismlərin həqiqi mahiyyətini dərk edən üçün sadə yaşıl ağac qızıl və ya gümüşdən olan ağacdan daha böyük möcüzədir.
Martin Lüter.
Mebel üçün ağac növləri
Üç əsas ağac növü təyin edilir:
- Bərk-ağcaqayın, qoz və ekzotik ağaclar.
- Orta-palıd, albalı, fıstıq.
- Yumşaq-şam, tozağacı, olx.
Ağac nə qədər bərk növdəndirsə, mebelin ömrü bir o qədər uzun olur. Ən qəşəng fakturaya malik ağaclar qoz, palıd və şamdır. Əgər daha çox hamar səthə önəm verirsinizsə onda sizə fıstıq, ağcaqayın və albalı lazımdır.
Mebel üçün ağac -Qoz
Bərk ağac növünə aid edilir. Çox sayda rəng və çalarları mövcuddur. Ən bahalı qara qoz ağacı sayılır, mebelin bahalı elementlərində və dekorda istifadə olunur. Qoz ağacı ağır olur, amma rahat emal olur, qırıntı vermir.
Mebel üçün ağac -Ağcaqayın
Rusiyada ən çox yayılmış ağac növüdür. Ən bahalısı karel ağcaqayını hesab edilir, mərmərə bənzədiyi üçün. Ən böyük əksikliyi tez çürüməyidir.
Palıd
Palıd ən etibarlı və praktik materialdır. Bərk ağacdır. Rahatlıqla rənglənir, quruyur və laklanır. Rəng çalarları çox genişdir. Çat və cızıqlara qarşı dözümlüdür. Asanlıqla restavrasiya edilir. Ona görə ən çox tələb olunan mebel üçün ağac növüdür.
Fıstıq
Bərk ağac növüdür. Çəhrayi-sarı rənglərdən ibarət çalarları olur. Adətən bütöv istifadə olunur, bəzən qaplama üçün istifadə edilir. Rahat rənglənir, ağardılır, cilalanır və tonlanır.
Şam
Parlaq, yumşaq ağac olan şam zədələrə qarşı dözümlü deyil, tez cızılır. Amma tempratur fərqinə, rütubətə qarşı çox dözümlüdür. Bundan əlavə şamın qəşəng ətiri olur, ona görə onu korpus materialı kimidaha çox istifadə edirlər.
Albalı
Elit mebel çox vaxt albalı ağacından hazırlanır. Zaman keçdikcə bu ağacdan hazırlanan mebellər daha qəşəng qaralır və şüşə, yiv ilə daha gözəl kombinasiya alınır. Bu material daha rahat emal edilir.
Akasiya
Rusiyada bitən ən bərk ağac növüdür. Orta sinif arasında geniş yayılıb, sarı-yaşıl çalarlara malikdir. Akasiya yalnız xam şəkildə emal edilir, quruduqdan sonra onun kəsilməsi, deşilməsi mümkünsüz olur. Akasiya ağacından mebel uzunömürlüdür, deformasiya olmur, çatlamır və rəngini dəyişmir. Mebelçilər bu ağacdan çox istifadə edirlər.
Saytımızda keyfiyyətli və qiyməti münasib mebellər sifariş edə bilərsiniz. Bunun üçün əlaqə saxlayın.