0

Cart

Köhnə mebel bazarından süjet

Köhnə mebel bazarı barədə yəqin ki, çoxunuz xəbərsizsiniz. Amma əşya, avtomobil, geyimdə olduğu kimi ikinci əl mebel bazarıda var. Və kifayət qədər müraciət edən müştəri kütləsi də var. Həm köhnə mebelindən xilas olmaq istəyənlər, həm də ucuz mebel əldə etmək istəyənlər bura üz tuturlar.

Şkaf, yataq dəsti, divan və bir çox başqa mebellər. Burda mallar xeyli ucuz təklif olunur. Çünki burada yalnız işlənmiş mebellər satılır. Satıcıların sözlərinə görə işlənmiş mebellərə kifayət qədər tələbat var.

Köhnə mebel bazarı harda yerləşir?

Köhnə mebel bazarında işlənmiş mebellərin qiyməti isə vəziyyətinə, materiala görə müəyyən edilir. İşlənmiş mebellərin satış qiymətləri də elə təzəsi ilə müqayisədə xeyli aşağıdır.

Əvvəl bir çox mebel brendləri öz satdıqları malları çox köhnə olmayanları müəyyən faiz endirimlə geri qəbul edib, yeni mebel verirdilər. Bir növ köhnəni gətir, yenisin apar kampaniyası kimi. Bu mebelini tez-tez yeniləmək istəyənlər üçün yaxşı fürsət idi.

Qeyd edək ki, köhnə mebelləri bir çox sosial şəbəkə və saytlarda da satan çoxdur.

Türkiyədən ucuz mebel sifarişi üçün bizimlə əlaqə saxlayın.