0

Cart

Ən çox mebel satışı edən 10 ölkə-siyahı

Ən çox mebel satışı edən ölkələrin əksəri Qərb dünyasındadır, təbii ki, Çindən başqa. Bir də Viyetnam ən ço mebel ixrac edən ölkələr siyahısına düşə bilib. Mebel ixracı artan trendlə davam edir. Avropa və Şimali Amerika bazarları mebelə böyük tələbat göstərir. Qeyd edək ki, ən böyük mebel ixracı edən ölkələr özləri də böyük mebel idxalçısıdır.

mebel satışı

Ən çox mebel satışı edən ölkələr

  1. Çin 93 milyard $
    Çin mebeli yuxarı sinif məhsullarına görə çox tələb görür. Həmçinin güvənilir satış kanalıdır. Çinin ağac sənayesi çox inkişaf edib və bu da mebel sektorunda liderliyə yardım edir.
  2. Almaniya 18 milyard $
    Avropanın ən böyük mebel sənayesi saymaq olar. İxrac hədəfləri arasında Asiya, Şimali Amerika və Orta Şərq ölkələri və Rusiya var.
  3. İtaliya 14 milyard $
    İtalya əsasən ağacdan istehsal edilmiş mebellərin hesabına qazanc əldə edir. Azərbaycanda da ən məşhur mebellərdən biridir.
  4. Polşa 12 milyard $
    Mebel sənayesi Polşada iqtisadiyyatın mühüm sektorudur. Əsas ixrac bazarı Almaniyadır. Bundan başqa Polşa Faransa, Çex, İngiltərə, İsveç kimi ölkələrə də mebel satışı həyata keçirir.
  5. Amerika 11.8 milyard $
    Amerika ixrac gücünü artırmaqla yanaşı Çindən və Viyetnamdan mebel idxalını da artırıb. Amerika 20 milyard dollarlıq mebel idxalı həyata keçirib və bu rəqəmlə dünyada ən böyük mebel idxalçısı sayılır. Bəzi yerli istehsalçılar fabriklərini bağlayıb elə idxalla məşğul olmağa başlayıblar. Hətta bəziləri Asiyada zavod açmağa başlayıb.
  6. Meksika 9.7 milyard $
    Meksika mebeli əsasən taxta və metal materialdan hazırlanır. Eyni zamanda özü də Amerikadan mebel idxal edir.
  7. Viyetnam 6.7 milyard $
    Viyetnam daha öncə Avropaya mebel ixrac etdiyi üçün yüksək standartlara cavab verən istehsal qura bilmişdi. Ona görə Amerika bazarında mebel satışı həyata keçirmək çətin olmadı.
  8. Kanada 4.9 milyard $
  9. Çex Respublikası 4.4 milyard $
  10. Niderland 4 milyard $

Qeyd: Platformamız bir çox xarici tərəfdaş və yerli istehsalçılarla əməkdaşlıq edir. Türkiyə başda olmaqla bir çox ölkələrdən seçib bəyəndiyiniz mebeli sizə çatdırmaq və qurmaq işində yardımçı ola bilərik. Əlaqə saxlayın!

Bu məqalədə ən məşhur Türkiyə mebel şirkətləri ilə tanış ola bilərsiniz.

Qaynaq.