0

Cart

Amazon mebel bölümündə ən çox satılan əşyalar

Amazon dünyada ən çox pul dövriyyəsi olan onlayn platformalardan biridir. Nahaq yerə Amazonun sahibi Jeff Bozz dünyanın ən zəngin insanları arasında deyil. Bu platformada satış edən azərbaycanlılar da çoxalmağa başlayıb. Arzu edərdik ki, bizim də mebel və dekorativ əşyalarımız bu saytda satılsın. Bu məqalədə Amazon mebel kateqoriyasında ən çox satılan malların siyahısını təqdim edəcəyik. Bəlkə satış eləmək üçün kiməsə ideya da çıxar burdan.

Amazon mebel kateqoriyası ən çox satılan

Amazonun mebel kateqoriyasında yataq mebeli, qonaq otağı, mətbəx mebeli, hamam üçün, ofis üçün, uşaq mebeli kimi bölmələr var. Təbii ki, bu bölmələrin hər birində ən yaxşı satılan məhsullar var. Biz isə ümumi Mebel bölümündə ən çox satılan əşyalarla maraqlanırıq.

ən çox satılan

Yuxarıdakı şəkildən göründüyü kimi, mebel kateqoriyasında ən çox satılan oyuncaqdır. Qeyd edim ki, bizim yerli bazarda da son dövrlər uşaq mətbəxlərinin (oyuncaq) satışı çoxalmağa başlayıb. Qiyməti 14 Azn.

#2 yerdə isə səhpa (jurnalnı, masa) yer tutur. Səhpalar bizim evlərdə çox nadir görülən əşya olsa da çox əlverişli masalardır. Bu əşya həm qatlana bilir, ayaqları plastikdir, bir çox rəng çeşidi mövcuddur. Qiyməti isə 11 Azn.

#3 yerdə yenə səhpa durur. Fərqi isə ayaqları metaldır və 3 ədəddir.

#4 yerdə TV kranşteyn tutur. Qiyməti 18 Azn olan bu əşyanın üzərində kiçik su tərəzisi də var.

#5 yerdə hamam tabureti yer tutur.

Arada olan əşyalar əsasən bu cins mallar olduğu üçün daha sonrakı malları təqdim edirəm.

amazon mebel
ən çox satılan

Amazondan başqa da gözəl satış platformaları mövcuddur. Bunlardan ən məşhurları Etsy.com, Wallmart, ebay, İKEA, WestWing kimi dünya brendləri ilə yanaşı qardaş Türkiyədə son dövrlər çox sürətli inkişaf edən vivense.com saymaq olar. Təbii ki, Alibaba və AliExpress kimi çin nəhənglərini qeyd etmirəm. Çünki burda nə isə satmaq üçün qiymət rəqabətində güclü olmalıyıq. Bizdə isə əsas problem xammal bazarının bahalı olmasıdır.

Bunlardan biri Ashley Furniture haqqında qısa qeyd eləsək görərik ki, Alaskada 1997-ci ildə qurulan bu şirkətin dünya üzrə 800 mağazası var. Bbunun 680 ədədi Amerikada yerləşir. Hər nə qədər onlayn ticarət inkişaf eləsə də mebel sektoru elə bir satışdır ki, müştəri burda malı mütləq gəlib görmək istəyir. Ona görə böyük brendlər mütləq öz showroom-larını da genişləndirirlər.

Bir digər məqaləmizdə ən məşhur türk şirkətləri haqqında qeydlər aparmışıq.

Qaynaq.