0

Cart

Ağıllı mətbəx texnologiyaları, robotlar!

Ağıllı mətbəx texnologiyanın ən maraqlı innovasiyalarının olduğu yerdir. Texnologiyanın inkişaf sürətini görürsünüz, möhtəşəmdir. Bu inkişaf mətbəxlərimizə daha çox yenilik gətirib. Bu məqalədə son dövrlərdə çıxan ağıllı mətbəx alətləri barədə danışacayıq.

Ağıllı mətbəx elementləri (ağıllı burun, soba)

GeniCan

GeniCan, zibil qutusuna atdığınız məhsulun barkodunu oxuyur və onların evdə əksik olduğunu anladığı üçün alış-veriş siyahınıza əlavə edir.

Bu cihazı zibil qabınıza bərkidirsiniz vəssəlam. Atdığınız məhsulun barkodu yoxdursa, adını söyləməyiniz yetər. Məsələn, portağal atırsınızsa ucadan portağal deyirsiniz. Cihaz onu alış-veriş siyahısına əlavə edir.

İnstant Pot

Bir vaxtlar düdüklü qazanlar, çayniklər var idi, bişərkən xəbər verirdi. Bu ağıllı qazan vasitəsi ilə yeməklərinizi hərəkət halında ikən bişirə və proqramlaya bilərsiniz. İnstant Pot, yavaş bişmiş ət, qatıq, keks kimi öncədən proqramlanmış yüzlərlə reseptə sahibdir. Yemək bişirərkən qazanın başında gözləməyə ehtiyac yoxdur. Çünki telefonda bütün prosesə nəzarət edə bilərsiniz. İnstant Potun müxtəlif proqramları var: düdüklü qazan, yavaş ocaq, düyü bişirən, qatığ maşını, keks maşını, sote, buxarlı bişirici və qızdırıcı.

Ağıllı musluq

The Sensate Smart Faucet adlı bu cihaz səsli əmrinizlə ölçülən miqdarda suyu verir. Səsli nəzarətlə yanaşı, bu təmassız muluq əlinizi bir dəfə silkələməklə də suyu açıb-bağlayan sensora malikdir. Təbii ki, bu ağıllı musluğa nəzarəti cib telefonuna yüklədiyiniz applikasiya vasitəsi ilə də həyata keçirə bilər, beləcə su israfının qarşısını ala bilərsiniz. Gələcəkdə içməli su probleminin böyüyəcəyini nəzərə alsaq bu texnologiya prespektiv vəd edir.

Drop Scale

Bu cihaz, mobil telefona yüklədiyiniz proqram sayəsində ləzzətli reseptlər tapır, hazırlamağa kömək edir və paylaşmağa rəhbərlik edir. Cihaz bir növ Bluetooth özəlliyi olan ağıllı mətbəx tərəzisidir. İnteraktiv reseptlər, sadə mövzu anlatımı və ağıllı inqrediyent ölçməsi sayəsində, yemək bişirmək heç bu qədər asan olmayacaq.

Peres

Artıq ətin xarab olub-olmadığını yoxlamaq çox asan olacaq. Peres, ətin təzəliyini yoxlamaq üçün əti skan edən və hələ də bişirmək üçün uyğun olub-olmadığını təyin edən cihazdır. Cihaza maraqlı ad da qoyulub: “Dünyanın ilk daşına bilən elektron burnu”. Bu cihaz mal əti, toyuq və balıq üçün istifadə olunur.

peres ağıllı burun

Cihaz belə istifadə edilir: cihazı ətə yaxınlaşdırıb düyməsinə basırıq. Alətdəki sensorlar ətin ətrafındakı havadan örnəklər alıb mobil proqrama göndərir. Daha sonra analizin nəticələrini göstərir. Artıq gözlə və burunla yoxlamağa ehtiyac qalmır.

Digər Ağıllı mətbəx cihazları

Ağıllı soba WiFi vasitəsi ilə telefona qoşulur və applikasiya vasitəsi ilə nəzarət edilir.

Ağıllı bağça həlli isə sizə mətbəxinizdə göy-göyərti yetişdirməyə imkan verir.

Gələcəkdə robot sektoru çox inkişaf edəcək və biz ağıllı mətbəx robotları haqqında daha maraqlı yazılar paylaşmağa çalışacayıq.

Qaynaq.